Ərdoğanın qələbəsində iki rəqəm – Biri Azərbaycanla bağlıdır, digəri isə…

Bu, tək Türkiyənin seçimi deyildi. Dünya miqyasında bir seçki idi. Neçə vaxtdır türk irqinin qüdrətli dövləti Türkiyə Yer kürəsini ətrafına bağlamışdı. Hegemon dövlətlərin demək olar hamısı Türkiyə üzərinə planlar qurmuşdu. Türkiyəni qumar masasına yatırıb, üzərinə kart “sıxmağa” hazırlaşırdılar. Onların bu qara niyyətlərini, çirkin planlarını türk xalqı və Rəcəb Tayyib Ərdoğan birlikdə darmadağın etdi.

Son 20 ildə neçənci dəfədir Qərbin müəyyən dairələrinin ağzı Türkiyədə yanır. Nələri dənəmədilər, necə fırıldaqlar çevirmədilər – heç biri alınmadı. Saray çevrilişlərinə, hərbi qiyama cəhd, seçki yolu ilə iqtidar dəyişdirmək planları suya düşdü. Türk xalqı yaradılışdan dövlətçi xalqdır. O, dövlət və bayraq üçün canını verər, amma yad əllərin bayrağına, dövlətinə uzanmasına imkan verməz. Çünki Qərbin fitnəsi ilə ölkəsində necə faciələrin yaşandığını canında, dərisində hiss edib, yaşayıb. Demokratiya, insan haqları maskaları taxıb, Türkiyənin dövlət sütununu zədələməyə çalışanları yaxşı tanıyır.

Rəcəb Tayyib Ərdoğan azad, halal, demokratik seçkidə qalib gəldi. Kimsə bunun əksini isbatlaya bilməz. Türkiyə xalqı üçün halal seçki namus məsələsidir.

Seçikinin nəticələri elan olunandan az müddət sonra Azərbaycan prezidenti İlham Əliyev qardaş dediyi, arxa-dayaq bildiyi Ərdoğanı qələbə münasibəti ilə təbrik etdi. Ərdoğan bunu İstanbulda xalq qarşısında çıxışında elan etdi.

Ərdoğanın seçilməsi Türkiyədə terrorun, separatçılığın, bölücülüyün məğlub olması deməkdir.

Ərdoğanın seçilməsi LGBT-nin Türkiyəyə girişinin daha 5 il ləngidilməsi deməkdir.

Ərdoğanın seçilməsi Türkiyə dövlətinin Qərbin təsiri altına düşməsinin qarşısının alınması deməkdir.

Ərdoğanın seçilməsi PKK-nın dirçəlməməsi deməkdir.

Ərdoğanın seçilməsi Türkiyədə daha 5 il stabilliyin olması deməkdir.

Ərdoğanın seçilməsi inkişaf deməkdir.

Ərdoğanın seçilməsi Türkiyə silah sənayesinin sıçrayışla inkişafı etməsi deməkdir.

Ərdoğanın seçilməsi Türkiyənin bölünməsinin qarşısının alınması deməkdir.

Ərdoğanın seçilməsi erməni işğalçılığının, artsax “ideologiyası”nın süqutu deməkdir.

Ərdoğanın seçilməsi Qarabağ məsələsinin ədalətli və qəti həlli deməkdir.

Ərdoğanın seçilməsi Azərbaycan-Türkiyə qardaşlığının yaşaması deməkdir.

Ərdoğanın seçilməsi Şimali Kipr Türk Cümhuriyyətinin güclənməsi deməkdir.

Ərdoğanın seçilməsi türk xalqının öz dövlətinə sahib çıxması deməkdir.

Ərdoğan seçilməsi Türk dünyasını sözün bütün mənalarında birləşdirəcək, böyüdəcək Zəngəzur koridorunun – Turan yolunun açılması deməkdir.

Ərdoğan seçildi – Türkiyə və Türk dünyası qazandı.

Ərdoğan seçildi – bəşəriyyət qazandı.

Türkiyə bu seçimləri 28 May tarixində – Azərbaycanın Müstəqillik Günündə, Cümhuriyyətimizin 105-ci ilində qazandı.

Sabah isə 29 maydır – İstanbulun Fəthi günü…

2023-cü ilin oktyabr ayında Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100 ili tamam olur. Bir əsri belə tamamladı Türkiyə.

Azər Ayxan
Globalinfo.az