Dünyanın ən varlı ailələri – Siyahıda kimlər var?

2023-cü ildə dünyanın ən zəngin ailəsi 305 milyard dollar sərvətlə BƏƏ-nin hakim sülaləsi Əl Nəhyan olub.

Globalinfo.az xəbər verir ki, bunu “Bloomberg” araşdırmaları sübut edir.

Reytinqdə ikinci yerdə “Valmart” (Walmart) mağazalar şəbəkəsinin yaradıcısı Sem Uoltonun ailəsi (259,7 milyard), üçüncü yerdə isə “Hermes” brendinin sahibləri olan Hermes ailəsi (150,9 milyard) qərarlaşıb.

“Mars” şirkətinin sahiblərinin ailəsi 141,9 milyard dollarla 4-cü, Qətərin hakim Əs-Sani (133 milyard) ailəsi isə beşinci yerdədir.

Ümumilikdə dünyanın 25 ən varlı ailəsi bir il ərzində 1,5 trilyon dollar daha çox pul qazanıb ki, bu da 2022-ci ildə ən zəngin ailələrin sərvətindən 43 faiz çoxdur.