Ərdoğanla Putinin telefon danışığı haqda Kremldən AÇIQLAMA

***13:20

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı zamanı Ukrayna ətrafındakı situasiyaya toxunulub.

Globalinfo.az xəbər verir ki, bu məlumat Kremlin rəsmi saytında yer alıb.

Telefon danışığı zamanı Putin Qərbin Ukraynada destruktiv rol oynadığını bildirib. Bununla belə o, Ukraynanın Kremlin tələblərini qəbul edəcəyi halda Moskvanın ciddi dialoqa hazır olduğunu deyib.

Bundan başqa, liderlər iki ölkə arasında ticarət əlaqələri, xüsusilə energetika sahəsində əlaqələrin genişləndirilməsini müzakirə ediblər.

Ərdoğanla Putin Suriyanın gələcək nizamlanması məsələsini də masaya yatırıblar.

Zaira Akifqızı
Globalinfo.az