Ərdoğan-Putin görüşü: türkiyəli nazirlər belə qarşılandı – VİDEO

Ərdoğan-Putin görüşü: türkiyəli nazirlər belə qarşılandı - VİDEO

Çində səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş üçün Kreml rəhbərinin Tiencində qaldığı otelə gedib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Putinin Hindistanın baş naziri ilə görüşündən sonra Türkiyə prezidenti ilə danışıqlar aparması üçün hazırlıqlara başlanılıb. Ərdoğanla birlikdə Türkiyənin müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Xidmətinin rəhbəri İbrahim Kalın və digər rəsmilər də görüşə qatılıblar.

Ərdoğan Türkiyənin xarici işlər naziri Hakan Fidan və digər nümayəndələrlə birlikdə otelə daxil olub.

Türkiyə nümayəndə heyətinin iqamətgahda Rusiya nümayəndələri tərəfindən səmimi qarşılanması diqqət çəkib.

Əliyar Xəlil
Globalinfo.az