Ərdoğan Putini Türkiyədə qəbul etməyi planlaşdırır

Vladimir Putinin Rusiyada prezident seçkilərindən – 31 martdan sonra Türkiyəyə səfəri gözlənilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində xarici səfirlər qarşısında çıxışında deyib.

“Biz hər iki Qara dəniz qonşumuzla (Rusiya və Ukrayna) dialoqumuzu davam etdiririk. Seçkilərdən sonra Rusiya Prezidenti Vladimir Putini qəbul edəcəyik”, – deyə o bildirib.

Qeyd edək ki, ötən ayın sonunda Putin Ərdoğanla telefon danışığı aparıb. Danışıq zaman Rusiya lideri Türkiyəyə səfərini çox gecikdirməyəcəyini açıqlayıb

Səfər zamanı İstanbul prosesi üzrə danışıqların davam etdiriləcəyi, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmaların əldə olunacağı proqnozlaşdırılır.