Ərdoğan Paşinyanla görüşdü: nələri müzakirə etdilər? – FOTO / VİDEO

Ərdoğan Paşinyanla görüşdü: nələri müzakirə etdilər? - FOTO / VİDEO

23:30    24.09.2024

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.Görüş Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərindəki “Türkevi”ndə baş tutub.

***
Görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşması və Ermənistanla Azərbaycan arasında davam edən sülh prosesləri müzakirə olunub.

Prezident Ərdoğan, Türkiyənin yeni mərhələdə Azərbaycan və Ermənistan arasında daimi sülhün təmin edilməsinə dəstək verdiyini və bu istiqamətdə səylərin davam etdirildiyini vurğulayıb.

Türkiyə lideri, Ankara ilə İrəvan arasında ilkin şərtlər irəli sürmədən normallaşma prosesində mühüm irəliləyişlərin əldə olunduğunu qeyd edərək, dialoqun davam etdirilməsinə səmimi dəstək göstərməyə hazır olduğunu ifadə edib.

Ərdoğan Paşinyanla görüşdü: nələri müzakirə etdilər? - FOTO / VİDEO
Ərdoğan Paşinyanla görüşdü: nələri müzakirə etdilər? - FOTO / VİDEO