Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyan ilə telefon danışığı aparıb.
Globalinfo.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin yaydığı məlumata görə, Paşinyan söhbət zamanı Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib.
Telefon danışığında Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi və regiondakı vəziyyət müzakirə olunub.
Ərdoğan bildirib ki, iki ölkə arasında normallaşma prosesi birbaşa ticarətin başlanmasına yönələn addımlarla davam edir.
Türkiyə lideri ölkəsinin regionda sülh və sabitliyin təmin olunması üçün səylər göstərdiyini vurğulayıb. O qeyd edib ki, Ankara bu istiqamətdə atılacaq addımları hər zaman dəstəkləməyə hazırdır.
Aysel Əliyeva
Globalinfo.az