“Ukrayna ordusu say baxımından üstünlüyünü itirənə qədər ordu yaranmış vəziyyətdən istifadə edə bilmədi. Bu, son nəticədə Ukraynanın geri çəkilməsinə səbəb oldu”.

Globalinfo.az xəbər verir ki, bunu ukraynalı politoloq Ruslan Bortnik deyib.

O, bunu Ukrayna Silahlı Qüvvələrinin kobud səhvi adlandırıb.

“Ukrayna silahlı bölmələrinin bir çox istiqamətlərdə geri çəkildiyini görürük. Biz üstünlüyü əldən verdik. Subyektiv və obyektiv səbəblər var. Obyektiv səbəb Qərbin sistemsizliyindədir. Subyektiv səbəb isə dönüşü qaçırmağımızdır. Daha sürətli səfərbər olmaq və daha intensiv ordu toplamaq lazım id”.

Ekspertin sözlərinə görə, Qərb bu münaqişədə demək olar ki, əlində olan hər şeyi Kiyevə verib.

“Lakin kadr çatışmazlığı səbəbindən Ukrayna NATO avadanlıqlarından tam istifadə edə bilmir. Səfərbərliyin və Qərbin yardımının ləngiməsi ona gətirib çıxarıb ki, biz artıq tarazlığı tez bərpa edə bilmirik. Üstəlik, əsgərlərimizin sayı kifayət qədər deyil. Rusiya həm əsgərlərinin, həm də silahlarının sayına görə Ukrayna Silahlı Qüvvələrindən üstündür”, – Bortnik vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: