Prezident Rəcəb Tayyib Ərdoğanla Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.
Telefon danışığı zamanı Türkiyə ilə Özbəkistan arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan Özbəkistan və Türkiyə arasında hərtərəfli strateji tərəfdaşlığın gündən-günə güclənməsinin sevindirici hal olduğunu və əməkdaşlığın qarşıdakı dövrdə daha da artaraq davam edəcəyini bildirib.
Aysel Əliyeva
Globalinfo.az














