
“Türkiyə İranla qonşuluq və qardaşlıq münasibətlərini gələcəkdə də davam etdirəcək. Ankara bu çətin anlarda Tehranı dəstəkləyir və İran xalqının kədərini bölüşür”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Moxberlə telefon danışığında deyib.
“Prezident Ərdoğan telefon danışığı zamanı İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın, eləcə də onları müşayiət edən nümayəndə heyətinin vəfatından kədərləndiyini deyib. İran xalqına başsağlığı verib və səbr diləyib”, – Türkiyə liderinin ofisi bildirib.
Prezident Ərdoğan Rəisi və Abdullahianın Türkiyə-İran münasibətlərinə verdiyi töhfələrin hər zaman xatırlanacağını vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az