Ərdoğan Japarovla danışdı

Ərdoğan Japarovla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan Prezidenti Sadır Japarovla telefonla danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Telefon danışığı zamanı Türkiyə ilə Qırğızıstan arasındakı ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan Türkiyə ilə Qırğızıstan arasında əməkdaşlığın hər sahədə inkişaf etdirilməsinin davam etdiriləcəyini bildirib.

Aysel Əliyeva
Globalinfo.az