Ərdoğan istədi, İsrail qəbul etdi: bu şəxslər Qəzzanı tərk edə bilər

Ərdoğan istədi, İsrail qəbul etdi: bu şəxslər Qəzzanı tərk edə bilər

Türkiyənin tələbi ilə İsrail HƏMAS-ın keçmiş lideri İsmayıl Haniyənin ailəsi və Türkiyə vətəndaşları da daxil olmaqla, 66 nəfərin Qəzzanı tərk etməsinə icazə verib.

Globalinfo.az “APA”ya istinadla xəbər verir ki, bu barədə “Middle East Eye”da yazı dərc olunub.

Bildirilib ki, 66 nəfərin içərisində 16 nəfər Haniyənin yaxın qohumudur.

Onların Qəzzanı tərk etməsi HƏMAS-İsrail atəşkəs razılaşmasından sonra baş tutub.

Qeyd edək ki, HƏMAS-ın sabiq lideri İsmayıl Haniyə 2024-cü ilin iyulunda Tehranda sui-qəsd nəticəsində öldürülüb.