
Qurban bayramı tətilini Mərmərə ilçəsində keçirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan helikopterlə Bodruma gəlib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bayramın 4-cü günündə Prezident Ərdoğan və xanımı Əminə Ərdoğan Bodruma gələrək, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüblər.
Ərdoğanın Əliyevlə bayramlaşmaq üçün Bodruma gəldiyi bildirilib.














