Ərdoğan Əlcəzairin Prezidenti ilə görüşdü

İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzair Prezidenti Əbdülməcid Təbbunla görüşüb.

Globalinfo.az xəbər verir ki, danışıqlar Dolmabağça iqamətgahında baş tutub və iki saata yaxın davam edib.

Söhbət zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, eləcə də iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlar müzakirə olunub.