Ərdoğan səs verdi, daha sonra dəyişiklik etdi – VİDEO

Ərdoğan səs verdi, daha sonra dəyişiklik etdi - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səs verdikdən sonra İstanbuldan Ankaraya gəlib.

O, Esenboğa hava limanından Prezident Kompleksinə keçib. Ərdoğanın seçkiləri Ankaradan izləyəcəyi gözlənilir.

Qeyd edək ki, bir qədər əvvəl Prezidentin seçkilərin nəticəsini İstanbuldan izləyəcəyi bildirilmişdi.

***
12:51

AKP partiya sədri, prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan Prezident və 28-ci çağırış Parlament seçkiləri çərçivəsində səsvermə hüququndan istifadə edib.

Globalinfo.az xəbər verir ki, o səsvermə prosesinə İstanbul şəhərində qatılıb.

O, səsvermədən sonra jurnalistlərə açıqlama verib:

“Məndə olan məlumata görə səsvermə prosesi problemsiz davam edir. Ən vacib məsələlərdən biri də zəlzələ baş vermiş ərazilərdə səsvermə prosesinin problemsiz keçirilməsidir: “Vətəndaşlarımızın səs verməsi Türkiyə demokratiyası üçün çox mühümdür”.

R.T.Ərdoğan söyləyib ki, nəticəni İstanbuldan izləyəcək.

Onunla birlikdə həyat yoldaşı Əminə Ərdoğan da səs verib.