Ərdoğan bəyan etmişdi… – Həlledici mərhələ başlayır

0x0 uzay vatanda yeni sayfa aciliyor turkiye uzay ajansi aya sert inis tarihini acikladi 1738993583446

Türkiyə 2026-cı ildə Aya iki kosmik gəmi göndərəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.

Qeyd edilib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın daha əvvəl açıqladığı Milli Kosmos Proqramı çərçivəsində kritik mərhələ üçün addımlar atılıb.

Bu gündən etibarən AYAP-1 çərçivəsində Aya çatması planlaşdırılan kosmik gəminin ilkin dizayn işləri aparılır. Aya enişin 2026-cı ildə baş verməsi planlaşdırılır.

AYAP-ın ikinci mərhələsində milli buraxılış aparatı ilə kosmosa çıxması, AYAP-2 kosmik gəmisinin isə yerli mühərriklərlə Ay səthinə eniş edərək orada elmi tədqiqatlar aparması nəzərdə tutulur.

Safura Bənnayeva
Globalinfo.az