Ərdoğan Azərbaycana təşəkkür etdi

Ərdoğan Azərbaycana təşəkkür etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin qurulmasının 102-ci ildönümü münasibətilə təbriklərinə görə Azərbaycan da daxil olmaqla, bir sıra dost və qardaş ölkələrə təşəkkürünü bildirib.

Globalinfo.az xəbər verir ki, Türkiyə lideri bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Ərdoğan orada təbriklərini göndərən ölkələrin və beynəlxalq təşkilatların bayraqlarını da yerləşdirib.