abbas eraqci

İranın xarici işlər naziri Abbas Əraqçi g rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.

“Yaxın iki-üç gün ərzində İran XİN rəhbərinin Rusiya və Belarusa səfəri nəzərdə tutulur. Rusiyada Lavrovla görüşlə yanaşı, parlament nümayəndələri ilə də təmaslar planlaşdırılıb”, – deyə o bildirib.

Bəqayi qeyd edib ki, Belarusda Abbas Əraqçinin ölkə prezidenti Aleksandr Lukaşenko, xarici işlər naziri Maksim Rijenkov və digər yüksək vəzifəli rəsmilərlə görüşləri nəzərdə tutulur.

Paylaş: