Əraqçi və Berbok danışdı: Almaniya və İran arasında nə baş verir?

Əraqçi və Berbok danışdı: Almaniya və İran arasında nə baş verir?

“İran və Almaniya iki ölkə arasındakı cari problemləri dialoq yolu ilə həll etmək əzmindədir”.

Globalinfo.az xəbər verir ki, bu fikirlər İranın xarici işlər naziri Abbas Əraqçi və almaniyalı həmkarı Annalena Barbok arasında baş tutan telefon danışığı zamanı səsləndirilib.

İki ölkənin XİN başçıları cari məsələləri dialoq və davamlı siyasi məsləhətləşmələr yolu ilə həll etmək əzmində olduqlarını təsdiqləyiblər.

Tərəflər həmçinin ikitərəfli, regional və beynəlxalq gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Berbok İranın yeni administrasiyası dövründə iki ölkə arsındakı mövcud problem və maneələrin aradan qaldırılacağına və ikitərəfli əlaqələrin genişləndiriləcəyinə ümidvar olduğunu deyib.

Arakçi alman həmkarına təşəkkür edib və bildirib ki, müxtəlif sahələrdə əlaqələri qorumaq və gücləndirmək üçün qarşılıqlı hörmət və ümumi maraqların mövcud olması zəruridir.

Müşviq Tofiqoğlu
Globalinfo.az