Amerikalı keçmiş biznesmen, pedofiliya və cinsi təcavüz, insan alveri şəbəkəsi yaratmaqda ittiham olunan Cefri Epşteyn işi ilə bağlı yeni məlumatlar rezonans doğurub.
Globalinfo.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin ictimaiyyətə təqdim etdiyi sənəd və yazışmalarda Epşteynin cinayətləri faktlarla sübut edilir.
Yazışmalarda və şahid ifadələrində Afrika və Mərkəzi Asiya ölkələrindən xüsusilə ingilis dilini bilməyən azyaşlıların, gənc qızların qaçırılaraq Epşteyn adasına gətirildiyi, burada cinsi təcavüzə məruz qaldıqları qeyd olunur. O cümlədən, adaya gələn siyasətçilər, liderlər və biznesmenlər təcavüz etdiyi yeniyetmələrin və fərqli ölkələrdən oğurlanan körpələrin bir ayində qurban edildiyi və ətlərinin yeyildiyi iddia olunur.
Bütün bu məlumatların fonunda isə Rusiya Prezidenti Vladimir Putinin əvvəlki çıxışlarında Qərbə ünvanlanan bəyanatları yenidən gündəmə gəlib. Putin fərqli açıqlamalarında Qərb dünyasını pedofillərin idarə etdiyini, azyaşlı istismarının artıq burada normal qəbul olunduğunu bildirir.
“Qərb dünyasının elitləri qarınları insan əti, ciblərini isə pul ilə doldurmağa öyrəşiblər. Lakin artıq vapmir şənliyi sona çatır”, – Putin başqa bir müsahibəsində deyib.
Onun sözləri Epşteyn işi üzrə açıqlanan sənədlərdən sonra yenidən paylaşılıb və sosial şəbəkələrdə gündəm olub.
Epstein Dosyasını biliyor muydu?
Rusya Devlet Başkanı Putin:
“Batılı elitler karınlarını insan etiyle, ceplerini de parayla doldurmaya alışkınlar. Vampirlerin balosu sona eriyor.” pic.twitter.com/PIPquhMbD9
— RUSEN || Press (@RusenPress) January 31, 2026
Əliyar Xəlil
Globalinfo.az