Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı

Növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.

Globalinfo.az bildirir ki, saat 15:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 71,25 % olub.

Saat 15:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 25 saylı Nizami İkinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 40,08 % olub.

Qeyd edək ki, saat 15.00-a qədər respublika üzrə 3 922 187 nəfər səs verib, seçici fəallığı 60.54 faiz olub.

***11:30

Növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.

Globalinfo.az bildirir ki, saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 110 saylı Balakən Seçki Dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 26.42 faiz (48990 seçicidən 6372 nəfər) olub.

Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 19 saylı Nərimanov Birinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 11,72% (54953 seçicidən 6438 nəfər) olub.

Qeyd edək ki, prezident seçkilərində saat 10:00-dək olan seçici fəallığı 19.44 faiz olub. Səsvermə hüququna malik 6 478 840 seçicidən bu saatadək 1259371 nəfəri səs verib.