Əmiraslanov Fikrətoğlunun istefasından danışdı: “Qız evində toydur…”

Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzinin rəhbəri Orxan Fikrətoğlu vəzifəsindən azad edilib. Onun yerinə təyinat olunmasa da, Tahir Əmiraslanovun təkrar həmin vəzifəyə qayıdacağı ilə bağlı müxtəlif xəbərlər yayılmaqdadır.

Məsələni dəqiqləşdirmək üçün Globalinfo.az Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru T.Əmiraslanovla əlaqə saxlayıb.

O, xəbəri təkzib edib:

“Orxan Fikrətoğlunun vəzifədən ayrıldığını eşitdim. Amma məni heç kim ora dəvət etməyib. Deyir, “qız evində toydur, oğlan evinin xəbəri yoxdur”.

Orxan Fikrətoğlu yeni vəzifəyə təyin edildi

Orxan Fikrətoğlu

T.Əmiraslanov yeni vəzifəyə təyin olunduğunu bildirib:

“Alimlərlə aşpazların bir araya gəldiyi Dünya Türk Kulinariya Birliyi yaranıb və mən orada prezident seçilmişəm. Hazırda öz işimlə məşğulam”.

Qeyd edək ki, O.Fikrətoğlu Azərbaycan Respublikası Kino Agentliyinin müşaviri təyin edilib.

Zaira Akifqızı
Globalinfo.az