qatar qebele

Payız-qış mövsümü ilə əlaqədar olaraq Bakı-Qəbələ-Bakı sərnişin qatarının qrafiki yenilənir.

Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Globalinfo.az-a verilən məlumata görə, 11 oktyabrdan etibarən qatar Bakıdan Qəbələyə yalnız həftənin şənbə günü, Qəbələdən Bakıya isə yalnız həftənin bazar günü yola düşəcək.

“Biletlər və hərəkət cədvəli haqqında məlumatı (www.ady.az) saytımızdan, “ADY Mobile” tətbiqindən və 7/24 fəaliyyət göstərən 1822 Çağrı Mərkəzindən öyrənə bilərsiniz”, – məlumatda qeyd olunur.

Bir qatar və bunu deyən yazı "ADY Bakı- Qabala Bakı marşrutu üzra harakat qrafiki 11 oktyabr Bakı-Qabala Bakı Qabala 12 oktyabr 07:30 •Qabala-B Bakı 19:00 BAKI 02A 02 y" şəkili ola bilər

Paylaş: