emin doyiscu

Xəbər verdiyimiz kimi, xalq artisti Emin Ağalarov “UFC Fight Night Baku” turnirində braziliyalı Mişel Pereyranı məğlub edən rusiyalı MMA döyüşçüsü Şarabutdin Maqomedova saat bağışlayıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, Eminin Maqomedova bağışladığı saat məşhur U-BOAT modelidir.

Firma Emin Ağalarova həsr olunmuş “U-BOAT U-1001 55 mm” “EMİN Limited Edition” unikal modelini hazırlayıb. Saatın sağ tərəfində və arxa qapağında “EMİN” səhnə adı qeyd olunub. Model məhdud sayda – cəmi 100 ədəd buraxılıb (Bu barədə Emin Ağalarov özü də saatı hədiyyə edərkən deyir).

Saat ETA şirkətinə məxsus manufaktur mexanizmlə təchiz olunub. Korpus təbii titandan hazırlanıb. Suya davamlılıq isə 1001 m-dir. Yəni suyun 1001 metr dərinliyində bu saat işləyir.

“U-BOAT U-1001 55 mm” saatının qiyməti şirkətin rəsmi səhifəsində 5500 avro göstərilib.

Paylaş: