“Macarıstan əmindir ki, Ukrayna müharibəsinin bitməsindən sonra Qərb Rusiyaya qarşı sanksiyaları ləğv edəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.
“Əsas odur ki, 2025-ci ildə dəyişən situasiya ilə əlaqədar yeni dövr başlayır. Söhbət ilk növbədə müharibə, sülh və sanksiyalardan gedir. Sanksiyalar tezliklə ləğv ediləcək və Rusiya ilə münasibətlər başlayacaq. Bunun üzərində işləmək lazımdır. Ona görə ki Avropa İttifaqı liderləri mövqelərini dəyişmirlər və guya Ukraynanın müharibə aparmasının tərəfdarı kimi görünürlər”, – Orban bildirib.
Əliyar Xəlil
Globalinfo.az














