“Azərbaycan Universitetləri” Feysbuk səhifəsinin ölkədə bəzi məktəblərin bağlanacağı ilə bağlı yazdığı xəbərə elm və təhsil naziri Emin Əmrullayev reaksiya verib.
Belə ki, səhifə Azərbaycanda təxminən 4400 məktəbdən 1500-nün bağlanmasının planlaşdırıldığını iddia edib. Bildirilir ki, məqsəd xərclərin optimallaşdırılmasıdır.
Globalinfo.az xəbər verir ki, nazir sözügedən paylaşımın şərh bölməsində məlumatı təkzib edib.
“Bu, doğru məlumat deyil, bir qədər sonra açıqlamamız olacaq. Əvvəllər də qeyd etdiyim “eşitdiyini və ya oxuduğunu doğru anlamamaq” problemindən irəli gələn məsələdir. Aydınlaşdırmaq üçün daha detallı məlumat ictimaiyyətə ən qısa zamanda təqdim ediləcək”, – E.Əmrullayev qeyd edib.
Zaira Akifqızı
Globalinfo.az