Emin Ağalarov yeni şirkət yaratdı

Emin Ağalarov yeni şirkət yaratdı

3 oktyabr 2024-cü ildə İş adamı Emin Ağalarovun adına Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən yeni çatdırılma şirkəti dövlət qeydiyyatına alınıb.

Globalinfo.az Fed.az-a istinadən xəbər verir ki, şirkətin adı “Restaurants Delivery by Emin Ağalarov” Məhdud Məsuliyyətli Cəmiyyətidir (VÖEN: 1806832481).

Şirkət 100 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Rəşad Kərimov Raif oğludur.

Hüquqi ünvanı Bakı şəhəri Sabunçu rayonu, Nardaran Ləhiş yolu, ev 32X ünvanıdır.