Emil Balayev “Neftçi”yə transfer olunur? – AÇIQLAMA

Sosial şəbəkələrdə “Səbail” futbol klubunun qapıçısı Emil Balayevin bu yaxınlarda “Neftçi”yə transfer olunması ilə bağlı məlumatlar yayılmaqdadır.

Globalinfo.az məsələni dəqiqləşdirmək üçün “Neftçi” futbol klubuna sorğu ünvanlayıb.

“İndiki vəziyyətdə rəsmi müqavilə bağlamamışıqsa, dəqiq nəsə deyə bilmərik. Hansısa oyunçunun rəsmi keçidi ilə bağlı elan verməmişik. Qarşıda kubok oyunumuz var və biz ona köklənmişik”-deyə bildirilib.

“Səbail”in baş məşqçisi Şahin Diniyev isə Emil Balayevin adından bir söz deyə bilməyəcəyini söyləyib:

“Emil Balayev bizdən iki gün vaxt istəmişdi və o vaxt tamamlandı. Amma hələ ki, qərarla bağlı heç bir xəbər yoxdur. Bu haqda söz deyə bilmərəm”.

Şahin Diniyev

Zaira Akifqızı
Globalinfo.az