Emi Karlon Şəhidlər xiyabanında – FOTO

Emi Karlon Şəhidlər xiyabanında - FOTO

ABŞ-ın müvəqqəti işlər vəkili Emi Karlon Şəhidlər xiyabanını ziyarət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin X hesabında məlumat verilib.

“ABŞ-ın Müvəqqəti İşlər Vəkili Emi Karlon Şəhidlər xiyabanını ziyarət edərək həlak olanların xatirəsini ehtiramla yad etdi və münaqişə nəticəsində yaxınlarını itirən azərbaycanlı ailələrə və dostlara başsağlığı verdi”, – məlumatda qeyd olunub.