“Üzümdə estetik prosedur etdirdim. Təəssüf ki, həkimin etdiyi iş çox uğursuz alındı. Həkimə əməliyyatın səhv olduğunu deyəndə, boynuna almadı. Çox səhv bir əməliyyat etdi, bacarmadığı bir iş gördü”.
Globalinfo.az lent.az-a istindən xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva səsləndirib.
O, üzünə botoks vurdurduğunu və bunun fəsad törətdiyini, hələ də o iynənin acı nəticələrinin qaldığını deyib.
“İnsan həyatı və gözəlliyi ilə oynayırsız. Həyatımda bir dəfə üzümə botoks vurdurdum. Onu da mənə məcbur etdilər. Amma çox peşman oldum”, – deyən Əməkdar artist başqa estetik əməliyyatlar etdirmədiyini iddia etsə də, dodağında dolğu olması hiss olunur.














