Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, yazıçı Elxan Elatlı Kulis.az-a müsahibəsində on ildən çoxdur işləmədiyini və hələ də kirayədə yaşadığını deyib.
Onun dedikləri müzakirələrə səbəb olub. Hətta buna görə AYB sədri Anar Rzayevi ona ev veməməkdə günahlandırıblar.
Globalinfo.az-a danışan xalq yazıçısı Anar Rzayev Elxan Elatlının ona müraciət etmədiyini bildirib.
O, bundan sonra imkan olarsa, yazıçıya dəstək olacağını qeyd edib:
Elxan Elatlı
“İnanın ki, bundan sonra bizə ev verilsə, mütləq Elxan bəyə də ev verərik. Amma düşünmürəm ki, belə bir fürsətimiz olsun. Çünki yaxın zamanda 20 nəfərə evi çox çətinliklə verdik. O sahəni aldıq, ölkə başçısının göstərişi ilə ev tikdirə və AYB üzvlərinə təqdim edə bildik. Hətta azı 50 nəfər narazı qaldı. Növbəti dəfə imkan düşsə, Elatlını nəzərimdə saxlayacağam. Gərək, o da mənə müraciət etsin”.
A.Rzayev deyib ki, kənardan hər şey asan görünür:
“Kənardan baxıb, hər düşük adam irad tutur, bildi-bilmədi tənqid edir. Əslində, məsələnin mahiyyətini başa düşsələr və bir qram vicdanları, insafları olsa, bizi ittiham etməzlər”.
Zaira Akifqızı
Globalinfo.az














