
Moskva vilayətindəki Azərbaycan diasporunun keçmiş rəhbəri Elşən İbrahimov Rusiya tərəfindən deportasiya olunması ilə bağlı ilk açıqlamasını verib.
Globalinfo.az-ın xəbərinə görə, o, iyulun 9-da Bakıya uçmazdan əvvəl “İzvestiya”nın müxbirinə danışıb.
İbrahimov deportasiya qərarının onun üçün gözlənilməz olduğunu bildirib:
“Bilmirəm, düzünü desəm, bilmirəm”, – deyə o, Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdid səbəbindən ölkədən çıxarılması ilə bağlı suala cavab verib.
Diaspor rəhbəri deyib ki, Rusiyanı tərk etmək məcburiyyətində qalması onu bir qədər məyus edib. Gələcək planlarına gəlincə isə, konkret açıqlama verməyərək sadəcə “Bunu zaman göstərəcək” deyə cavab verib.
Tahhir Turan
Globalinfo.az














