Müğənnilərin mübahisəsi əlbəyaxa dava həddinə çatdı: “Sən öl, səni yeyərəm…” – VİDEO

Son günlər müğənnilər Elşad Qarayevlə Əli Mirəliyev arasında gərginlik yaşanır. Bu gərginlik efirlərə də yansıyıb. Onların arasındakı mübahisə canlı efirdə göstərilib.

Globalinfo.az bildirir ki, Elşad Qarayev çıxdığı TV proqramlarda tez-tez həmkarı Əli Mirəliyevi aşağılayan sözlər işlədir. Onu müğənni saymadığını deyir. “Əli adlı oxuyan var?”, “Əli oxumağı ilə yox, onun-bunun dalınca danışmağı ilə dəbə mindi”, “Əli Mirəliyev hamıya dərs keçir, amma özü oxuya bilmir” və sair sözlər qarşı tərəfi hövsələdən çıxarıb.

Bugünlərdə növbəti verilişdə Elşad Qarayev yenidən Əli Mirəliyev barədə tənqid səsləndirib. Onu oxuya bilməməkdə ittiham edib. Telefonla canlı efirə qoşulan Ə.Mirəliyev həmkarı barədə ağır ifadələr işlədib. Onu meymun adlandırıb. Sonradan bu mübahisələr kulisdə davam edib. Müğənnilər arasında qarşılıqlı təhqirlər, ittihamlar bir-birini əvəz edib. Az qalsın, bu mübahisə əlbəyaxa davaya çevrilə.

Videonu təqdim edirik: