Elman Paşayevlə bağlı qərar verildi – VİDEO

Keçmiş vəkil Elman Paşayev məhkəmənin müvafiq qərarı ilə Moskvada həbs edilib.

Globalinfo.az bildirir ki, paytaxtın Hərbi Qarnizon Məhkəməsi Elman Paşayevi noyabrın 15-dək istintaq təcridxanasına göndərib.

***14:09

Dünən Rusiyada saxlanılan azərbaycanlı keçmiş vəkil Elman Paşayev Moskva Hərbi Qarnizon Məhkəməsinə gətirilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxılacaq.

Qeyd edək ki, E.Paşayev barəsində Rusiya Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi başladılıb.

İstintaq məlumatına görə, o, müəyyən məbləğ qarşılığında rusiyalı bloqer Yelena Blinovskaya və həyat yoldaşı Alekseyi cinayət məsuliyyətindən azad etməyi vəd edib. Sözügedən məsələ barədə razılaşma cari ilin fevralında keçmiş vəkillə Aleksey Blinovskinin şəxsi görüşü zamanı əldə edilib və Paşayev Blinovkidən 46 milyon rubldan çox vəsait alıb.

Keçmiş vəkili həmin maddə üzrə 1 milyon rubl həcmində cərimə ilə yanaşı, 10 ilə qədər həbs cəzası gözləyə bilər.