Əliyev Paşinyandan bunu tələb edəcək: Dediyini kağız üzərində də təsdiqləsin

Əliyev Paşinyandan bunu tələb edəcək: Dediyini kağız üzərində də təsdiqləsin

Azərbaycan Prezidenti İlham Əliyev Brüssel görüşü öncəsi bəyan etdi ki, “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sözdə tanıyıb, lakin bu, kağız üzərinə də keçməlidir”. Ölkə başçısının bu sözləri rəsmi Bakının Brüssel görüşü zamanı bu məsələni aktuallaşdıracağından xəbər verir.

Maraqlıdır, tərəflərin indiyə qədər imzaladığı yeganə sənədin Rusiyanın vasitəçiliyi ilə baş tutduğunu nəzərə alsaq, Brüssel görüşündə hər hansı sənədin imzalanması mümkündür?

Azərbaycan Prezidenti Ermənistanın kağız üzərində də ərazi bütövlüyümüzü tanımasını tələb edəcəkmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Avropa İttifaqı artıq prosesin rəsmi formada sənədləşməsini istəyir:

“Bu həm konkret nəticələrin əldə edilməsi, həm də Rusiyaya qarşı alternativ platformanın gücləndirilməsi baxımından lazımlıdır.

Əliyevin üçtərəfli danışıqlardan öncə Brüsselə səfəri və Şarl Mişellə 3 saat davam edən görüşü də bu kontekstdə diqqət çəkir. Üçtərəfli danışıqların yeni mərhələyə daşınması üzərində müzakirələr aparıldığı ehtimalı istisna deyil.

Əliyev Paşinyandan bunu tələb edəcək: Dediyini kağız üzərində də təsdiqləsin

Asif Nərimanlı

Amma Ermənistanın razılaşacağını düşünmürəm. Bunu deməyə əsas verən başlıca fakt Xankəndidə separatçıların təşkil etdiyi mitinqdir. Mümkündür ki, Paşinyan “Bakı-Xankəndi formatı”, “beynəlxalq mexanizm” kimi məsələlər üzərində dayanacaq. Hətta Laçın postunun açılmasında da israr edə bilər.

Hesab edirəm, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sözdə tanısa da, bunun kağız üzərində rəsmiləşməsinə qarşıdır. Bu situasiya regiona hərbi gərginlik vəd edir”.

Turan Rzayev
Globalinfo.az