Əliyev xəbərdar etdi, Putin Rusiyaya qayıdan kimi tapşırıq verdi

ilham putin

Rusiya Prezidenti Vladimir Putin Həştərxan vilayətinin rəhbəri ilə görüşüb və Xəzər dənizində suyun səviyyəsinin azalmasının səbəbinin araşdırılması üçün tapşırıq verib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

V.Putinin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə birlikdə Xəzərə baxış keçirdiyi bildirilir.

Məlumata görə, Azərbaycan Prezidenti Putinə dənizin getdikcə dayazlaşdığını və vəziyyətin ciddi olduğunu deyib.

Qeyd edək ki, Rusiya Prezidenti avqustun 18-19-da Bakıya səfər edib.

Ayşən Mustafa
Globalinfo.az