“Kazanda keçirilən BRİKS-in XVI sammiti qeyri-adi hadisədir. Kazanda qlobal problemlərlə yanaşı, regional təhlükəsizlik məsələləri də müzakirə olundu. Tatarıstanın paytaxtında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutdu. Bir neçə amili nəzərə alsaq, bu, olduqca hadisə əhəmiyyətlidir”.
Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.
“Son bir il ərzində rəsmi İrəvanın nümayəndələri Rusiyanın sülh yolu ilə nizamlana platformasından ehtiyatla yayınaraq, ABŞ, Fransa və bütövlükdə Avropa İttifaqının “zəmanətlərinə” sığınırlar. Belə ki, oktyabrın 22-də Paşinyan ABŞ prezidentinin xüsusi köməkçisi, Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Karpenter və Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb. Onların söhbətinin əsas mövzusu sülh sazişinin hazırlanması perspektivləri olub. Əliyevlə Paşinyanın yolları MDB sammitində kəsişsə də, orada heç bir mənalı danışıqlar aparılmayıb. İkincisi, ilin əvvəlində tezliklə sülh müqaviləsinin imzalanması ilə bağlı çoxlu proqnozlar verilirdi. Hər bir halda İrəvanla Moskvanın münasibətlərindəki çətinliklərə baxmayaraq, Rusiyanın bu məsələdə əhəmiyyətini qiymətləndirməmək olmaz. Ermənistan tərəfi Qərblə dialoqda nə qədər irəliləsə də, Kazan görüşü sıçrayış ola bilər. Artıq bununla bağlı xeyli ümidlər yaranıb. Nəticə çıxarmağa tələsmək lazım deyil. Lakin Rusiyanın regionda davamlı maraqlarını da qeyd etmək lazımdır. Üstəlik, bu effekt Tatarıstanın paytaxtında keçirilən BRİKS forumunun miqyası ilə daha da artdı”, – deyə Markedonov vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az