1648704609 osetiya gurcustan

Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib ki, ölkədə keçiriləcək seçkilərdən sonra parlament birpartiyalı sistemə keçə bilər. Ekspert Tenqiz Ablotiya isə iddia edib ki, “Gürcü Arzusu Partiyasının planı Rusiya ilə əməkdaşlıq yolu ilə Abxaziyanı geri qaytarmaqdır”.

Gürcüstan Abxaziyanı qaytara biləcəkmi? Bunu müxalif partiyaların fəaliyyətini dayandırmaqla, demokratiyanı boğmaqla edəcək? Gürcüstanda müxalifətin qadağan olunması bölgədəki ölkələrə necə təsir edər?

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Gürcüstan daxili siyasətini dəyişərək, Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyir:

“Tbilisinin əsas hədəfi Rusiya ilə münasibətləri yaxşılaşdıraraq Abxaziya və Cənubi Osetiyanı yenidən ölkəyə birləşdirməkdir. Yəni Gürcüstan ərazi bütövlüyünü bərpa etmək üçün Kremllə yaxınlaşır.

unnamed file

İlyas Hüseynov

Təbii ki, bu, ilk baxışda məqbul seçim kimi görünür, amma Rusiya Tbilisinin nə etmək istədiyini başa düşür. Kreml anlayır ki, Gürcüstan ərazi bütövlüyünü bərpa etmədən nə NATO-ya, nə də Aİ-yə üzv ola bilməz. Yəni Gürcüsanın əsl niyyəti bu təşkilatlara üzvlükdür”.

İ.Hüseynov qeyd edib ki, Tbilisi çətin bir prosesə qədəm qoyub:

“ABŞ və Qərb artıq son qərarlara görə Gürcüstana sərt reaksiya verib. Yəni Tbilisi Moskva ailə yaxınlaşarsa, bu ona Qərblə münasibətləri korlamaq bahasına başa gələ bilər”.

Turan Rzayev

Globalinfo.az

Paylaş: