Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan antiterror əməliyyatlarından sonra ilk dəfə MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcəklər.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazıb.
Nəşr Sankt-Peterburqda keçiriləcək sammit çərçivəsində liderlərin ikitərəfli görüşünün baş tutması ilə bağlı hələ məlumatın verilmədiyini qeyd edib.
Xatırladaq ki, İlham Əliyev və Nikol Paşinyan sonuncu dəfə iyulun 15-də Brüsseldə görüşüblər. Bu, onların il ərzində sayca beşinci görüşü olub.
Əliyar Xəlil
Globalinfo.az














