“Azərbaycan Ermənistanla müqavilə imzalanana kimi ondan maksimum hər şeyi almağa çalışacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Artur Xaçaturyan deyib.
“Hazırkı situasiyada Ermənistan hökuməti üçtərəfli bəyanatda olmayan məsələlərdə də güzəştə gedir. Üçtərəfli bəyanatı ilk olaraq erməni tərəfi pozdu. Şurnux, Xçaberddəki vəziyyəti xatırlayın”, – deputat qeyd edib.
Xaçaturyan Ermənistanın Azərbaycanın tələb etdiyi hər şeylə razılaşdığını bildirib:
“Bakı ATƏT-in Minsk Qrupu məsələsini qaldıran kimi Ermənistanın Baş naziri Paşinyan da eyni şeyi etdi. Bənzər vəziyyət yeni konstitusiya ilə də bağlıdır. Bakı məsələni qaldıran kimi Paşinyan real və tarixi Ermənistan ətrafında diskurs başlatdı. Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə yox deyə bilmir, çünki vəzifədə qalması üçün buna məcbur olduğunu anlayır. O, hakimiyyətə sülh vədi verərək gəlib və əgər nail olmasa, ictimaiyyət bunu ona xatırladacaq. O səbəbdən baş nazir sülhü istənilən dəyər naminə əldə edəcək, amma bunun üçün zamanı maksimum uzatmağa çalışacaq”.
Əliyar Xəlil
Globalinfo.az














