Əlisəmid Kür dəfn edildi

Əlisəmid Kür dəfn edildi

Şair Əlisəmid Kür Salyan rayon qəbiristanlığında dəfn edilib.

Globalinfo.az xəbər verir ki, onunla rayonun Hacı Tağı məscidində vida mərasimi keçirilib.

    Dəfndə şairin yaxınları, rayon icitimaiyyəti iştirak edib.

    ***09:24

    Şair Əlisəmid Kür (Cəfərli) vəfat edib.

    Globalinfo.az bildirir ki, bu barədə APA-ya şairin ailə üzvləri məlumat veriblər.

      Ailəsinin bildirdiyinə görə, o, bu gün yaşadığı evdə dünyasını dəyişib.

      Qeyd edək ki, səhhətində yaranan problemlər səbəbindən Əlisəmid Kür sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi.