“Elif” 9 ildən sonra qayıdır

“Kurtlar vadisi” serilanda canlandırdığı “Elif” obrazıyla sevilən aktrisa Özgü Namalın uzun müddətdən sonra ilk rol alacağı layihəsi bəlli olub.

Globalinfo.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa “Kızıl goncalar” serialında çəkiləcək. Özgünün ekran işində canlandıracağı obraz və digər aktyorların kimliyi ilə bağlı hələlik məlumat verilməyib.

Qeyd edək ki, aktrisa son olaraq 2014-cü ildə final edən “Merhamet” serialında rol alıb. O, bir müddət “Yetenek sizsiniz Türkiye” telelayihəsində də yer alıb.