Əli İnsanov gizli fəaliyyətə keçib: HƏP-də nə baş verir?

Azərbaycan Haqq və Ədalət Partiyasının Ali Məclisinin sədri Zəlimxan Məmmədli “HƏP-də rəzalət” adı altında yaydığı videomüraciətində təşkilatdan ayrıldığı ilə bağlı məlumat verib.

Globalinfo.az başda olmaqla ölkədə bir neçə sayt bu barədə xəbər yayıb.

Qarşı tərəfin mövqeyini öyrənmək üçün əməkdaşımız Haqq və Ədalət Partiyasının nümayəndələri ilə əlaqə saxlamağa çalışır, lakin artıq neçə müddətdir ki, partiya sədri, köməkçisi ilə əlaqə saxlamaq mümkün deyil.

Görünür, Əli İnsanov və köməkçisi Rəşad Abbaslı tanınmayan nömrələrə qarşı tədbirlər görüb. Bu isə o deməkdir ki, sabiq səhiyyə nazirinin rəhbərlik etdiyi partiya media və ictimaiyyətə açıq deyil.

Sanki gizli bir servis, xüsusi xidmət orqanıdır və heç kim onlarla əlaqə saxlaya bilməz.

Müasir dünyada ən gizli təşkilatlar belə mediaya açıqdır. Əli İnsanov isə görünür, partiyasını gizli rejmə keçirib. İnanırıq ki, bu iradımız HƏP-də müəyyən hərəkətlilik yaradacaq və onlar Globalinfo.az-la əlaqə saxlayıb, səslənən ittihamlara cavab verəcək və media ilə münasibətlərini sivil qaydada qurmaq üçün müəyyən addımlar atacaqlar.

Safura Bənnayeva
Globalinfo.az