Elektron siqaret insanı necə öldürür? – Alimlərdən XƏBƏRDARLIQ

Siqareti tərgitməyə qərar verənlərin istifadə etdikləri elektron siqaretlər insan sağlamlığı üçün təhlükəlidir.

Globalinfo.az xəbər verir ki, bunu “Louisville” Universitetinin apardığı araşdırma sübuta yetirib.

Araşdırmaya görə, bəzi növ elektron siqaretlərdə olan nikotin insan sağlamlığı üçün xüsusilə zərərlidir və ürək çatışmazlığı, nizamsız ürək döyüntüsü və ya ürək ritminin pozulması riskini artırır.

Alimlər nikotinlə doldurulmuş siqaretləri laboratoriya siçanları üzərində sınaqdan keçiriblər. Gəmiricilər yaranan nikotin aerozollarını 9 dəqiqə ərzində nəfəslərinə çəkiblər. Paralel olaraq isə alimlər onların ürəklərinin necə işlədiyini ölçüblər.

Belə ki, gəmiricilərin ürək dərəcəsinə təsirləri nikotinsiz elektron siqaret aerozolları və hava ilə müqayisə edilib. Məlum olub ki, “kapsul nikotini” nikotinin digər formalarına nisbətən daha çox aritmiyaya gətirib çıxarır. Aerozolda nikotin duzunun konsentrasiyası artdıqca ürəyin işində fasilələr də artır.

“Louisville” Universitetinin fiziologiya kafedrasının dosenti Aleks Karll nikotin konsentrasiyasının ürək-damar sisteminə mənfi təsir göstərməsinin artıq sübuta yetirildiyini açıqlayıb. Tədqiqat həmçinin müəyyən edib ki, nikotin duzlarının yüksək səviyyələri simpatik sinir sisteminin fəaliyyətini artırır.

Əliyar Xəlil,

Globalinfo.az