Elektrik lampasını dəyişən qadını cərəyan vurdu

İsmayıllıda qadını elektrik cərəyanı vurub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Talıstan kəndində baş verib.

Kənd sakini 1977-ci il təvəllüdlü Gövhər Hüseynova yaşadığı evdə elektrik lampasını dəyişərkən lampa əlində partlayıb və xanımı cərəyan vurub. G. Hüseynova hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır.