Ələkbərov bir ildə 9 milyarddan çox qazanıb – Siyahı

Rusiyanın ən zəngin iş adamlarının sərvəti bu ilin əvvəlindən 38,575 milyard dollar artıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, ilin əvvəlindən “Lukoyl”un təsisçisi Vahid Ələkbərov 9,14 milyard dollar qazanıb, sərvəti 24,5 milyard dollara yüksəlib:

“Evroxim” və SUEK-in həmtəsisçisi Andrey Melniçenkonun sərvəti 4,03 milyard dollar artaraq, 17,2 milyard dollara çatıb. Eyni zamanda, “Lukoyl”un keçmiş vitse-prezidenti Leonid Fedun 3,89 milyard dollar qazanıb, sərvəti isə 9,76 milyard dollardır”.