Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO baş katibi Mark Ruttenin Rusiyaya görə yata bilməməsi ilə bağlı sözlərinə istehza ilə münasibət bildirib.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə söyləyib.
“Mən elə bilirdim ki, Ruttenin yuxusunu qaçıran yeganə şey qadındır”, – Zaxarova qeyd edib.
NATO baş katibinin müzakirələrə səbəb olan açıqlaması aşağıdakı kimidir:
“Adətən gecələr yatmağa çalışıram. Amma məni yuxusuz qoyan bir şey varsa, o da Rusiyadır. Çin də hərbi potensialını sürətlə artırır, onun 2030-cu ilə qədər 1000 nüvə başlığına sahib olacağı gözlənilir. Buna görə də Çinlə bağlı da sadəlövh olmamalıyıq. Amma uzunmüddətli perspektivdə üzləşdiyimiz əsas təhdid yenə də Rusiyadır”.