Eldar Namazov TV-dəki işindən ayrılıb? – Özü danışdı

Sosial şəbəkələrdə politoloq Eldar Namazovun İctimai TV-dən ayrılması ilə bağlı xəbərlər yayılıb.

E.Namazov Globalinfo.az-a açıqlamasında xəbəri təkzib edib:

“Xeyr, işdən ayrılmamışam. Çoxu elə bilir ki, tətildən sonra verilişlər sentyabr ayının 1-dən başlayır, amma elə deyil. Mənim verilişimin ilk buraxılışı bu ayın 29-u canlı yayımlanacaq”.

Zaira Akifqızı
Globalinfo.az