eldar korpu

Bu gün paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Su Təsərrüfatı Dövlət Agentliyi və Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə təlimlər keçirilib.

Globalinfo.az bakibaku.az-a istinadən xəbər verir ki, təlimlərdə gələcəkdə baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görüləcək tədbirlərin, eləcə də belə vəziyyətlərdə təşkilatların üzərinə düşən vəzifələrin müzakirəsi, maarifləndirmə işinin gücləndirilməsi diqqət mərkəzində olub.

Təlimlər Heydər Əliyev prospektində son yağışlar zamanı su basmış körpünün yaxınlığında, eləcə də paytaxtın digər potensial təhlükəli ərazilərində keçirilib. Təlim zamanı dövlət qurumlarının nümayəndələri görüləcək zəruri tədbirləri müzakirə ediblər.

Təlimlər zamanı bütün xidmətlərin yaxşı əlaqələndirilmiş və koordinasiya olunmuş işi qeyd edilib.

1caeba18 e0db 4104 bada 39f16f84d523
7f2e3105 a2c1 4e8e 988c 9dc219232bf6
3bfe3fa8 2a31 451d 8b9a 20d34e28ace5
c1818b03 1dbd 4684 9ee4 bb7c6cd4563d
25cd6ff0 db16 41d5 b4f8 b27ae47d619f

Paylaş: