“Heydər Əliyev hər mənada azərbaycanlı idi. Azərbaycanı ovcunun içi kimi aydın görürdü, onu beş barmağı qədər yaxşı tanıyırdı”.
Globalinfo.az xəbər verir ki, bunu Kulis.az-a müsahibəsində Əkrəm Əylisli deyib.
O qeyd edib ki, Azərbaycanın parçalanmaq təhlükəsi o vaxt Heydər Əliyevi çox narahat eləyirdi:
“İş rejimi nə qədər gərgin olsa da, bu tükü tükdən seçən siyasi fərasət sahibinin mədəniyyətə diqqət yetirməyə də həmişə vaxtı olurdu.
Kinonu, teatrı çox sevirdi. Yazıçı mühitinə yaxından bələd idi. “Ulduz”, “Qobustan”, “Azərbaycan” jurnallarının hər nömrəsini oxuyurdu. Qəzetlərin hamısını hər gün nəzərdən keçirirdi.
Azərbaycanın parçalanmaq təhlükəsi o vaxt Heydər Əliyevi çox narahat eləyirdi. Ovaxtkı rəhbərliyin siyasi səriştəsizliyindən də olduqca narazıydı. Kaş hələ yaşayaydı. Onun 100 yaşının təbrikinə gedəydim, onunla bir də doyunca söhbət eləyəydim. Mənim o kişiyə deməyə sözüm çoxdur.
Əbülfəz Elçibəyi Heydər Əliyevlə müqayisə eləmək nəinki böyük avamlıq, həm də çox böyük nadanlıq olardı. Əbülfəz siyasət adamı deyildi. Filoloji təfəkkürlü, sadə və səmimi insan idi”.














